Fokus Qrup otağı



     2003-cü ildə ERA Marketinq Mərkəzi Fokus Qrup Diskussiyaları üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq hazırladı. Fokus qruplar – yeni məhsul və ya xidmət nümayişi; məhsulun və ya xidmətin müəyyən xüsusiyyətlərinin təkminləşdirilməsinə dair təkliflərin hazırlanması, reklam kampaniyalarının xüsusiyyətləri; potensial müştərilərinin yeni məhsula və ya xidmətə olan reaksiyaları; promo aksiyada yarana bilən müsbət və mənfi reaksiyaların müəyyənləşməsi üçün nəzərdə tutulur. 


     Xüsusi avadanlıqlarla təchiz olunmuş otağın üstünlükləri nədir:


     Birtərəfli Güzgü - otaq birtərəfli güzgü ilə təchiz olunub və bu digər otaqdan rahatlıqla müzakirəni seyr etmək imkanı yaradır


     Video çəkiliş - otaqda olan gizli videokamera vasitəsi ilə müzakirə lentə alınır və müzakirə bitdikdən sonra yenidən videoyazı şəklində izləyib analiz etmək imkanı yaradır


     Səs yazma - otaq həmçinin səsyazma cihazı ilə təchiz olunub


     Sinxron tərcümə - təcrübəli tərcüməçilərimiz ingilis və rus dillərinə professional tərcümə edir


     Online görüntü - internet vasitəsi ilə müzakirəni istənilən yerdən izləmək imkanı


    15 illik təcrübəli moderator - keyfiyyət şöbəsinin meneceri və eyni zamanda moderatorumuzun iş təcrübəsi əlavə açıqlamaya zərurət yaratmır