WebERA


     

WebERA - ERA Marketinq Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə keçirilən web səhifələrin auditoriyasının analizi layihəsidir.   

WebERA layihəmiz iki hissədən ibarətdir:  

1.  İnternetdə Reklam kampaniyalarının auditoriyasının analizi:  

  • Web-resurslara daxil olma və daxil olanların sosial-demoqrafik profilinin analizi  
  • Bakıda yaşayan və daimi internet-istifadəçilərinin bazası  
  • İstifadə cihazları arasında - laptop və masaüstü kompüterlər, planşet və mobil cihazlar  
  • Bütün (yerli və ya xarici) internet resurslarının monitorinqini keçirilməsinə imkan yaradır  

Xüsusi proqram təminatı aşağıda göstərilən media göstəriciləri ilə filtr edilib analiz oluna bilər:  

  1. əhatə  
  2. hədəf auditoriyası payı  
  3. saytda qalma vaxtı  
  4. sessiyalar  
  5. real istifadəçi cihazların sayı  
  6. daxil olma - Affinity indeksi və s.  

2.  Reklam kampaniyalarının effektivliyinin monitorinqi:   

  • media reklam kampaniyalarının auditoriya həcminin tam qiymətləndirilməsi  
  • bütün böyük reklam sifarişçilərin monitorinqi və onların reklamının əhatəsi  
  • məhsul və xidmətlərin reklam kateqoriyaları  
  • reklam kontaktlarının tam hesabatı  
  • internet mediada marka payı və kateqoriyada həcmi  
  • vaxt çərşivəsi və saat başına dinamika  
  • istifadə olunan reklam platformalarının effektivliyi  
  • hədəf kütləsinin əldə edilməsinin qiymətləndirilməsi  
  • əhatə olunan istifadəçilərin sayı və detallı profili  
  • rəqib markaların effektivliyinin müqayisəsi
     
     

WebERA layihəsinin xüsusiyyətləri:

Zamanlama
 

Hər ay bitdikdən sonra 3-5 gün ərzində tam hesabat verilir. 


Bazar dinamikasını görmə imkanı 

Layihə davamlı olduğundan istənilən trend və dinamika əldə oluna bilər. 


Xüsusi dizayn olunmuş WebERA proqramı 

Xüsusi dizayn olunmuş proqram təminatı məlumat bazasının istifadə rahatlığını təmin edir. Bu proqram təminatı müştərilərə strateji internet media planlaşdırılmasına yardımçı ola bilər və ya məlumat bazasını asanlıqla qrafik və diaqramlara çevirə bilər. 


Seçim 

Bakı üzrə ilkin 1500 respondentlə araşdırma apararaq internet-istifadəçilərinin profili hazırlanmışdır. Hər sahəni əhatə etməsi üçün və daha çox reprezentativ olması üçün 1000 nəfər daimi internet istifadəçisi seçilmişdir. 


Müştəri Xidməti 

Məlumatın analizi üçün müştəriyə davamlı dəstək və məsləhətlər verilir. 


Keyfiyyətə Nəzarəti 

ERA Marketinq Mərkəzi yüksək keyfiyyət nəzarəti keçirən aparıcı araşdırma agentliyi kimi tanınır.