Əmlak Qiymətləndirmə


 

      Azərbaycan Rеspublikasının iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti yüksək sürətlə inkişaf еdir. Bu prоsеs zamanı, mikrоiqtisadiyyat aləmində yaradılan hər bir sahə üzrə biznеs planlaşdırma, krеdit, girov və əmlakın qiymətləndirilməsi, alqı-satqısı, bazarın araşdırılmasına еhtiyac yaranır. Bu səbəbdən biz öz mütəxəssislərimiz və məlumat bazası vasitəsi ilə sahibkarlara və fərdi şəxsləri qiymətləndirici xidmətini təklif edirik. 

      2014-cü ildən etibarən ERA Marketinq Mərkəzi yeni istiqamətə qədəm qoyaraq Azərbaycan Qiymətləndiricilər Assosasiyasına üzv olmuş və Azərbaycan Respublikası İpoteka fondu tərəfindən akkreditasiya edilmişdir. Peşəkərlardan ibarət işçi qrupumuz zəngin təcrübəyə malikdirlər. 


      Daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi istiqamətləri: 

  • qeyri təyinatlı bina və tikintilərin qiymətləndirilməsi; 
  • yaşayış təyinatlı bina və tikintilərin qiymətləndirilməsi;
  • digər daşınmaz əmlakın qiymətləndirilməsi; 
  • torpaq sahələrinin qiymətləndirilməsi.


      Qiymətləndirmə prosesində tələb olunan sənədlər:

  • Qiymətləndirilən daşınmaz əmlakın mülkiyyət hüququnu təstiq edən sənəd (Çıxarış)  
  • Daşınmaz əmlak obyektinin texniki pasportu  
  • Sifarişçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)


      Obyektin bazar dəyərinin müəyyən edilməsi aşağıda göstərilən qaydada aparılır: 

  • Sifarişçi ilə «ERA» MMC arasında Sazişin bağlanılması;  
  • Təqdim olunan sənədlərlə tanışlıq;  
  • Obyektə vizual baxış; 
  • Mülkiyyətçi ilə müsahibə;  
  • Analoji obyektlərin bazar dəyərinin təhlil olunması;  
  • Uyğun obyektlərin müqayisəli təhlili;  
  • Obyektin bazar dəyərinin müəyyən edilməsi.

 

      Qiymətləndirmədə əsas nəzərdən keçirilən yanaşmalar: 

     1. Xərc yanaşması
     2. Uyğun satışların müqayisəsi yanaşması
     3. Gəlirlik yanaşması 

 

QİYMƏTLƏNDİRMƏ PREDMETİ

Qiymətləndirmə aktının dəyəri (manat)

İşin icra müddəti (gün)

1
MƏNZİLLƏR (çox mənzilli yaşayış binalarında)

1.1

1 otaqlı - ipoteka və kommersiya kreditləşməsi məqsədilə (müvafiq olaraq)

95

1

1.2

2 otaqlı - ipoteka və kommersiya kreditləşməsi məqsədilə (müvafiq olaraq)

105

1

1.3

3 otaqlı - ipoteka və kommersiya kreditləşməsi məqsədilə (müvafiq olaraq)

115

1

1.4

4-5 otaqlı - ipoteka və kommersiya kreditləşməsi məqsədilə (müvafiq olaraq)

125

1

2
FƏRDI YAŞAYIŞ VƏ BAĞ EVİ, VİLLA, KOTTEC VƏ S. 

2.1

Fərdi Yaşayış evləri

125-145

1

3
TORPAQ SAHƏLƏRI

3.1

Fərdi yaşayış və bağ evinin tikintisi üçün ayrılmış sərbəst  həyətyanı torpaq sahəsi

130-150

1

4
QEYRI-YAŞAYIŞ OBYEKTLƏRİ.  Kommersiya obyektləri (məişət, ticarət, iaşə obyektləri, digər xidmət sahələri və s.)

4.1

10 kv.m-dən 200 kv.m qədər

250-350

2

4.2

201 kv. m-dən 500 kv.m qədər

360-500

2

4.3

501 kv. m-dən yuxarı

danışıq əsasında


*- Bakı xaric rayonlarda 30- 50 AZN ezamiyyət ödənişi əlavə olacaqdır.