M-Track



      2014-cü ildən etibarən ERA Marketinq Mərkəzi - Merçendayzinq Kontrol (M-Track) layihəsin tədbiq etməyə başlamışdır. 

    Layihə nəticəsində MÜŞTƏRİMİZİN əldə edəcəyi əsas məlumat – mağazada keçirilən kampaniyalar, məhsulun mövcudluğu və standartlara uyğun düzülməsi, rəqiblərə nisbətən vəziyyət haqqında informasiyadır.

    Bu layihənin həyata keçməsi üçün ERA xüsusi M-Track Software Android Platformalı proqram hazırlanmışdır. Bizim nəzarətçi (Treker) məlumatı həmin xüsusi hazırlanmış M-Track Software proqrama daxil edir. Bu proqram təminatı vasitəsi ilə aşağıdakı məlumatlar təqdim olunur:

  • Kontrol Modulu - bütün verilmiş sualların cavablandırılması (sistemdə boş sual olarsa, sualın cavablandırmağı tələb edir)

  • Şəkil Hesabatı - ən azı 1 ədəd şəklin olması (mütləqdir)

  • GPS Modulu - keçirilmiş mağazanın GPS koordinatlarının qeyd olunması

  • Offline Modulu - gün ərzində respondentlərdən sorğu aparılıb, günün sonunda isə bütün informasiyanı serverə ötürülməsi. 

     Qeyd edək ki, hal-hazırda ERA Marketinq Mərkəzinin məhdudiyyəti ölkə daxilində bitmir. Bizim M-track layihəmiz sayəsində hal-hazırda qonşu ölkələrdə belə xidmət öz tədbiqini tapmışdır.