TGİ Azərbaycan




ERA tərəfindən 2006-cı ildən başlayaraq TGI (Target Group Index) layihəsinin Azərbaycanda keçirilməsi və satışı üçün Britaniya Krallığının BMRB International (British Market Research Bureau) şirkətindən lisenziya alınmışdır. TGI 1960-cı illərdən 67 ölkədə aparılan, qlobal tək mənbəli və "özü-doldurma" bazar tədqiqat məhsuludur.

       

                        Bu layihənin nəticələrini istifadə edərkən aşağıdakı imkanları əldə edəcəksiniz:   

•  Marketinq strategiyanızı inkişaf etdirmək
•  İstehlakçılarınızla əlaqəni planlaşdırmaq
•  Strateji media planlama
•  Marka inkişafının effektivliyini təhlil etmək 
 

                                                        

   TGI Azərbaycanda əhatə olunmuş məhsul kateqoriyaları: 

  • Spirtsiz içkilər
  • Spirtli içkilər
  • Qida məhsulları
  • Media və internet
  • Nəqliyyat
  • Həyat tərzi
  • Süd məhsulları
  • Qəlyanaltılar
  • Qənnadı məhsullar
  • Bank və sığorta
  • Şəxsi qiqiyena vasitələri
  • Kimyəvi məişət əşyaları
  • Telekommunikasiya
  • Kompüter və məişət avadanlığları

 

             TGI-Azərbaycanda iştirak etməklə siz bazarla bağlı hansı məlumatı əldə edə bilərsiniz


Markalarla bağlı məlumat: 
•  Məlumatlılıq
•  Marka istehlakçılarının payı
•  İstehlak həcmi (hər bir kateqoriya üçün)
•  Loyallıq (daha sıx istehlak)
•  Xüsusi bir markanı seçməyə təsir göstərən faktorlar
•  Ekskluziv istifadə
•  İstehsal çeşidliliyi
•  Rəqabət mühiti
 
 
 

Məhsul kateqoriyaları haqqında məlumat:
•  İstehlakçıların/alıcıların payı və sayı
•  İstehlak tezliyi
•  İstehlak Həcmi (ayrı-ayrı kateqoriyalara görə)
•  İstehlakın əsas yerləri
•  Tip/növə görə seçim
•  Paket/qablaşdırmaya görə seçim
•  Alışın əsas yerləri
•  Orta xərclər (aylıq)
 

İstehlakçının həyat tərzi barədə məlumat:

• Respondentin həyat tərzi haqqında vərdişləri, maraqları, özünə və ətraf mühitə olan münasibətini, alış             

   vərdişlərini, KİV və reklamlara olan münasibətini xarakterizə edən 250 ifadə.

• Mədəni-əyləncəli yığıncaqlara qatılma tezliyi

• İdmana maraq, ən sevimli idman klubu

• Turizm, ölkə daxili və xarici səyahətlər

• Xobbi, xüsusi əşyalar toplama, kitab alma, videoya baxma və s.

• İfadələrin təhlilinə əsaslanan psixoqrafik tip

 

Əsas alıcı və istehlakçıların media seçimi haqqında məlumat:
•  TV yayım
•  Radio
•  Mətbuat
•  Outdoor (küçələr, prospektlər, şosselər və s.)
•  Metro
•  İnternet
 

Sosial-demoqrafik xarakteristikalar haqqında məlumat:
•  Yaş və cins
•  Təhsil səviyyəsi
•  Vəzifə və sənəti
•  Professional iş statusu
•  Gəlir səviyyəsi və maliyyə statusu
•  ESOMAR standartlarına əsasən sosial sinif
•  Yaşayış şəraiti və mülk səviyyəsi
 
TGI Azərbaycanın xüsusiyyətləri:
     
Zamanlama
Sorğu ildə iki dalğada keçirilir. Birinci dalğa oktyabr ayında başlayır və ötən 6 ayı əhatə edərək birinci dalğanın məlumat bazası müştəriyə dekabr/yanvar aylarına  çatdırır. İkinci dalğa apreldə başlayır və ötən 6 ayı əhatə edərək birinci dalğanın məlumat bazası müştəriyə iyun/iyul aylarına  çatdırır.

Bazar dinamikasını görmə imkanı
TGI ildə iki dəfə keçirildiyindən müştərilər trend analizi edərək iki dalğada yığılmış məlumat bazasına əsaslanaraq bazar dinamikasını və tendensiyasını görə biləcəklər.

Xüsusi dizayn olunmuş DataArchitect proqramı
Analitik istifadəçi üçün uyğun DataArchitect proqramı dəstə analizləri, seqmentasiya, uyğunluq analizi, marka yerləşdirilməsi və mövqesi və s. kimi marketinq analizləri üçün xüsusi olaraq dizayn olunmuşdur. Bu proqram şirkətlərə strateji media planlaşdırılmasına kömək edir və istifadəçilər bu proqramda olan məlumat cədvəllərini asanlıqla qrafik və diaqramlara çevirə bilərlər.

Seçim:
ERA bir dalğada sərbəst-doldurulma metodologiyası ilə 10-65 yaşlı 1500 respondenti əhatə edən müsahibələr keçirir. Seçim ölçüsü əhalisi 100+ olan şəhərlərin əhalisini əhatə edir (dünyada 8.3 mln insan və 1.6 mln ailə təsərrüfatı).

Coğrafiya:
TGI Azərbaycanda 3 şəhəri əhatə edir: a) Bakı (1 mln+)  b) Sumqayıt (150+)  c) Gəncə (150+)  ( Son məlumat hər bir şəhər əhalisinə görə ölçülür.

Anketlər:


  • Anket 1:  yaşı 16+ olan insanların şəxsi və ailə təsərrüfatı haqqında əsas alıcılar üçündür
  • Anket 2:  10-15 yaşlı uşaqlar üçündür.
Dəqiqlik
Bizim seçim ölçümüz Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə əhalinin fikrini əks etdirir və əsaslı informasiya əldə etməyə imkan yaradır. Siz bu informasiyaya əsaslanaraq marketinqlə bağlı qərarlarınızı qəbul edə bilərisiniz.
 
 
 
TGI Azərbaycanın əlavə dəyərləri
Nəticələrin aşağıdakı şəkildə ötürülməsi : 
  • DataArchitect analitik proqramında məlumat bazası
  • Excel proqramında kros tabulasiya
  • Nəticələrlə və PowerPoint proqramında qrafiklərlə birlikdə analitik hesabat (eyni zamanda modellər müştəri xahişinə əsasən düzəldilir, seqmentasiya, proqnozlar və s.)
Müştəri Xidməti : Məlumatın analizi üçün müştəriyə davamlı dəstək və məsləhətlər veriləcək. 

 
 
Keyfiyyət Nəzarəti : ERA Marketinq Mərkəzi milli bazarda yüksək keyfiyyət nəzarəti keçirən aparıcı araşdırma agentliyi kimi tanınır.