Yerindəcə Yoxlama sistemi

   ERA Marketinq Mərkəzi  Sahə işinini özünə məxsus olan unikal  “Yerindəcə Yoxlama” sistemi əsasında keçirir. Bu sistem ERA şirkətinə müştərilər üçün daha düzgün və dəqiq məlumat toplamağa imkan verir.

   “Yerindəcə yoxlama” sisteminin mahiyyəti ondan ibarətdir ki, 3-4 intervüer və 1 supervayzerdən ibarət sahə komandaları yaradılır. Bu komandalar əvvəlcədən müəyyən olunmuş sahələrə çıxırlar və insanlarla sorğu keçirirlər. 

   Sahə zamanı supervayzer nəinki, sorğunun doldurulması faktını, həmçinin intervüerlərin sualları düzgün verməsinə də nəzarət edir.

   Supervayzer yerindəcə 65% anketi tam yoxlayır, 100% qədər anketin keçirilməsinə nəzarət edir. 

   Əlavə olaraq keçirilmiş müsahibələrin 25%-nə yenidən zənglər edilir və sorğunun düzgünlüyü yoxlanılır. 

   Bundan başqa əgər sorğu formalarında qeyri-məntiqi uyğunsuzluqlar və ya səhvlər varsa, Kodlama Departamenti yenidən həmin sorğu formunun doldurulduğu respondentə zəng edir uyğunsuzluq və səhvləri düzəldir. 

   Sistemin bir üstünlüyü də komandaların hər gün səhər və axşam ofisdə yığışaraq müzakirələr zamanı bütün qaranlıq məqamların üzərindən bir daha keçməsidir. 

   İntervüerlərimizin əsas məqsədi gün ərzində çoxlu sayda sorğu keçirtmək yox, bu sorğuların keyfiyyətli olmasına önəm verməkdir. Çünki İntervüer üçün sorğu sayı önəm daşımır.