CAPİ - planşet sistemi


      CAPİ (computer-assisted personal interviewing) intervü sistemini (sorğunun planşetlə keçirilməsi) ERA Marketinq Mərkəzi 2012-ci ildən etibarən tətbiq etməyə başlamışdır. 

      Mürəkkəb məntiqli və reklam göstərilməli olan kompleks müsahibələrin aparılmasına imkan yaradan xüsusi hazırlanmış  ERA CAPİ Software Module proqramını   hazırlanmışdır və bu, Android Platforması üzərində yığılan proqram, bizə aşağıdaki özəllikləri təqdim edir:   

  • Kontrol Modulu - müsahibə zamanı, məntiqi ardıcıllıqı pozmayaraq və fiziki səhvlərin qarşısını almaq imkanı  
  • Voice Capture Modulu - müsahibə zamanı sorğuların səsyazma vasitəsi ilə qeyd etmə imkanı  
  • GPS Modulu  - müsahibə zamanı sorğunun GPS koordinatlarının serverə ötürülməsi   
  • Zamanlama Modulu - sorğunun başlama və bitmə vaxtı, müddətinin birbaşa sistemə otürülməsi  
  • Offline Modulu - gün ərzində respondentlərdən sorğu aparılıb, günün sonunda isə bütün informasiyanı serverə ötürülməsi