Əmlak Qiymətləndirilməsi

Niyə məhz ERA?


ERA Marketing Mərkəzi isə 1996-cı ildən Azərbaycanda ilk bazar araşdırması şirkəti kimi fəaliyyət göstərən təşkilatdır. Zəngin təcrübəyə malik olan bir şirkət kimi, 2012-ci ildən etibarən əmlak bazarının monitorinqini aparır və qiymətləndirmə xidmətlərini göstərir. Şirkət bu müddət ərzində geniş biznes şəbəkə yaratmış, marketinq və qiymətləndirmə fəaliyyəti üzrə beynəlxalq sertifikatlaşmadan keçmişdir. Nəzərə alsaq ki, son zamanlarda ipoteka kreditlərinin verilməsi (19 075 ailəyə artıq ipoteka kreditləri verilmişdir) və ümumiyyətlə kredit institutunun inkişafı qiymətləndirici vəzifəsini çox önəmli etmişdir.


BİZİM XİDMƏTLƏRİMİZ HANSILARDIR?

  1. Qeyri təyinatlı bina və tikintilərinin qiymətləndirilməsi
  2. Yaşayış təyinatlı bina və tikintilərinin qiymətləndirilməsi
  3. Digər daşınmaz əmlakın qiymətləndirilməsi
  4. Torpaq sahələrinin qiymətləndirilməsi


Bazarda müxtəlif xidmət göstərən qiymətləndirici təşkilatların sayı çox olmasına baxmayaraq BİZİM ƏSAS ÜSTÜNLÜKLƏRİMİZ aşağıdakılardır:


HƏFTƏSONLARI VƏ BAYRAMLARDA XİDMƏT

Bizim mütəxəssislər Sizə uyğun bir zamanda (həftəsonları və bayramlar da daxil olmaqla) əmlaka, mənzilə, nəqliyyat vasitələrinə və s. baxış keçirir.


YERLƏŞMƏ

Şirkətimizin baş ofisi şəhərin mərkəzində - Nizami metrosundan 5 dəqiqəlik məsafədə , Caspian Plazanın yanında yerləşir. Əlavə olaraq müştərinin istəyinə əsasən qiymətləndirmə hesabatını kuryer xidmətlərindən istifadə edərək təcili 30 – 60 dəq ərzində göndərmək də mümkündür.


İNDİVİDUAL YANAŞMA

Bizim şirkət hər bir müştəriyə individual yanaşma siyasətinə üstünlük verir və hər bir şəxsə/hüquqi təşkilatlara fərdi yanaşır. Sifarişi verdiyiniz zamandan etibarən Sizə fərdi mütəxəssis ayrılır və Sizi maraqlandıran bütün suallarınızı cavablandırır.


KEYFİYYƏT

21 illik təcrübəyə malik olan bir şirkət kimi və bazarda lider olmağımızın tək bir sirri göstərdiyimiz xidmətlərdə KEYFİYYƏTİN ən prioritet amil olmasıdır. Təqdim etdiyimiz hər bir hesabat 3 pilləli keyfiyyət yoxlamasından keçir və mütəxəssislər tərəfindən dərindən analiz edilir.  


MÜNASİB QİYMƏTLƏR

ERA Marketing Mərkəzinin təklif etdiyi qiymətlər bazarda ən münasib qiymətlərdi. Bunun səbəbi isə müxtəlif kompleks xidmətlərin göstərilməsidir və digər şirkətlərdən fərqli olaraq hər bir qiymətləndirilən əmlakın qiymətini əsaslandırmağımızdır. 


OPERATİVLİK

Biz müştərilərimizin dəyərli zamanını nəzərə alaraq hesabatları 1 gün ərzində və sifarişdən asılı olaraq maksimum dərəcədə tez hazırlayıb təhvil veririk.


PEŞƏKARLIQ

Bizim şirkətin qiymətləndirici ekspertləri – uzun illər boyunca fəaliyyət göstərən peşəkar qiymətləndiricilərdir. Son illər ərzində 10 000-dən çox əmlakın bazar qiymətinin təyin edilməsi, dəymiş ziyanının hesablanması, nəqliyyat vasitələrinin dəyərləndirilməsi və s. üzrə hesabatlar hazırlamışdır. Mütəxəssislərimiz əmlakın (daşınmaz və daşınan) və biznesin qiymətləndirilməsi sahəsində Milli Qiymətləndirmə Standartlarına uyğun olaraq AR İpoteka Fondunda akkreditə olunmuş və Reyestrə düşmüşdür. Şirkətimiz əlavə olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, İpoteka Fondunun müvəkkil qiymətləndirici təşkilatı və ESOMAR Avropa Peşəkarları assosiyasıyalarının rəsmi üzvüdür.




Xəbərlərə abunə ol