Azərbaycanda çay sahələri

Ən çox istifadə olunan çay markaları


    Azərbaycanda ilk çay 1896-cı ildə M.O.Novoselov tərəfindən Lənkəran rayon ərazisində əkilmişdir. 1900-cü ildə artıq çay sahələri salınmağa başlanmışdır. Bu biznesin inkişafı 1932-1934 illərdə Lənkəran və Zaqatala rayonlarında sənaye plantasiyalarının salınmasına gətirib çıxarmışdır. 1937-ci ildə Azərbaycanın ilk çay paketləri buraxılmışdır. 

   Bugünkü gündə Azərbaycan əhalisinin son 6 ayda ən azı bir dəfə istifadə etdiyi çay markasını, ERA Marketing Mərkəzinin TGİ Layihəsindən öyrənərək sizinlə paylaşırıq. Çaylar arasında ilk üçlükdə Beta Tea, Berqa, Azerçay markaları yer almışdır. Əhalinin 45,2% Beta, 28,8% Berqa və 25,8% Azərçay çaylarından istifadə edir. Daha sonra siyahıda istifadə dərəcəsinə görə Çempion, Final, Ahmad, Tudor və digər markalar yer alır.
    Yaş və cinsə görə istifadə tezliyinə gəldikdə, kişilər arasında 10-18 yaş qrupunun 52%-i gündə 1 dəfə, 19-25 yaş qrupunun 67,1%-i gündə 2-3 dəfə, 26-35 yaş qrupunun 41,8%-i gündə 2-3 dəfə, 36-45 yaş qrupunun 45,4%-i gündə 5 və daha çox, 46-65 yaş qrupunun isə 31,7%-i gündə 4-5 dəfə çay içir.
    Qadınlar üçün olan məlumatları isə, aşağıdakı diaqramda görə bilərsiniz.




Xəbərlərə abunə ol