Bazarlıq

Əhalinin bazarlıqda üstünlüyü


    Son zamanlar bazarda böyük marketlər şəbəkəsi günü gündən inkişaf etməkdədir. Rəqabət aparan böyük  şəbəkələr artıq şəhərin hər bir yerində öz filiallarını genişləndirir. Bundan əlavə bəzi şəbəkələr artıq satış səviyyəsini – müştəriyə istənilən məhsulu təklif edə biləcək qədər inkişaf etdiriblər. Yüksək rəqabət və müştəriyə uyğunlaşma nəticəsində olan bu inkişafa baxmayaraq, insanlar yenə də bəzi məhsulları xüsusi mağazalardan almağa üstünlük verirlər.  ERA Marketinq Mərkəzinin xüsusi TGİ layihəsinin 2016-cı ilin birinci dalğasına əsasən, alıcıların məhsulları haradan aldıqlarını müəyyən etdiyimizdən sonra, məlumatları sizinlə bölüşmək istərdik.  1200 nəfər, 16-65 yaş arasında keçirilmiş sorğunun nəticələrini aşağıdakı şəkillərdən əldə edə bilərsiniz. Belə ki, ət məhsulları bazarında əhalinin 45,7% məhsulu supermarketlərdən əldə edir. 32.6% xüsusi (ət məhsullarının satışı ilə məşğul olan məkanlar) mağazalardan, 9,8% isə bazardan alır. Balıq və dəniz məhsullarının alışında 34,8% supermarket, 21,4% xüsusi yerlərdən (balıq və dəniz məhsullarının satışı ilə məşğul olan mağazalar) və 11,8% bazardan əldə edir. Süd məhsullarını əhalinin 62,4% supermarketlərdən, 13% kiçik mağazalardan əldə edir. Əhalinin 76% yağ məhsullarını supermarketlərdən alır. Tərəvəzləri – 36 % supermarketlərdən, 23% bazardan, 19,8% topdan satış məkanlarından , qablaşdırılmış məhsulları – 74% supermarketlərdən əldə edirlər.




Xəbərlərə abunə ol