Diş məcunu istifadəçiləri

Dişlərin fırçalanma zamanı


    Niyə dişləri yatmazdan əvvəl yox, səhər yeməyindən əvvəl fırçalamaq lazımdır?

    Bunun səbəbi, ağız boşluğunda olan bakteriyaların gecə vaxtı daha aktiv olmasıdır. Gecə yatdığımız zaman, dişlərimiz ağız suyu ilə əlaqədə olmadığından və bərk qida qəbul etmədiyimiz üçün, ağızda olan bakteriyalar sürətlə çoxalır. Bu səbəbdən dişlərin üzərində ərp əmələ gəlir. Bunun qarşısını almağın əsas yolu isə, səhər oyanan kimi dişləri diş məcunu ilə fırçalamaqdır. Həmçinin, əsas məsələlərdən biri də dilin üzərini fırçalamağı unutmamaqdır. Dilin üzərinin hamar olmaması, mikrobların orada çoxalmasına səbəb olur. Bu səbəbdən dişləri səhər yeməyindən öncə fırçalamasaq, yığılmış bütün mikroorqanizmlər yeməklə birlikdə mədə-bağırsaq traktına düşəcək. Qida qəbul etdikdən sonra isə dişləri yaxalamaq kifayətdir. Diş məcunlarının seçimi də ağız boşluğunun təmiz qalmasında bir çox rol oynayır. TGI layihəsi zamanı azərbaycan ailələrinin son 6 ayda istifadə etdiyi diş məcunlarını araşdırdıqda isə, aşağıdakı markalar müvafiq yerlərdə öz əksini tapmışdır.



    TGİ layihəsinin nəticələrinə görə, əhalinin 3%-i diş məcunundan istifadə etmir. İstifadə olunan məcunlar arasında isə, ilk üçlükdə Colgate, Blend-a-med və Aquafresh diş məcunu markaları yer almışdır.



Xəbərlərə abunə ol