Tütün Sənayesi

Camelin Amerika bazarına ixracı



Hər birimiz “sataşqan” reklam növləri ilə tanışıq, onların əsas məqsədi istehlakçıların diqqətini hər hansı bir təxribat ilə çəkməkdir. Lakin bir çoxlarının,bu reklam növünün ilk olaraq, məhs Camel'in Amerika bazarına ixrac olunması üçün, istifadə olduğundan xəbəri yoxdur. Tütün şirkəti qərara qəldi ki, siqaret qutusunun üzərində dəvə şəkili yerləşdirsin. Bununla tək alıcıların marağını oyatmayacaq, həmdə gələcəkdə də promo aksiyaları üçün böyük və tanınmış bir xarakter yaradacaqdı. Şirkət mütəxəssisləri, ilk partiya satışından bir neçə gün əvvəl,xüsusi şüuraltı aksiya keçirir. Amerikanın 90 şəhərində qazetlərdə aşağıdakı məqalələr yerləşdirilir:

  • Birinci gün ilk səhifədə yazılır: “Dəvələr”
  • İkinci gün :“Dəvələr gəlir”
  • Üçüncü gün: “Sabah şəhərdəki Dəvələrin sayı Afrika və Asiyadakı dəvələrin birlikdə sayından çox olacaq”.

Qorxu və coşqu yaşamış sakinlər üçün “Dəvə siqaretləri artıq şəhərinizdə” məqaləsini qazetdə görmək sürpriz idi. Reklam aksiyası o qədər uğurlu alınmışdır ki, bütün tütün sevənlər bu siqaretlərdən alıb dadmışdır.

Camel dünyada yeganə brenddir ki, bazara ixrac olunan zamandan etibarən,öz imicini dəyişməyib. Artıq 102 ildir ki, Joe adlı dəvə siqaret çəkən və çəkmiyənlər arasında asanlıqla tanınır. Hazırki gündə, dəyişikliklər yalnız qablaşdırmanın daha səviyyəli və bərk olmasıdır. Joe adlı dəvə, misir piramidaları, palma və əsas elementlər, yalnız müasirləşmiş formada olaraq qalır.

Azərbaycan üçün bu siqaretlər 1992-ci ildən leqal olaraq ixrac olunmağa başladı. Spekulantlar və xaricə çıxışları olanlar vasitəsi ilə, gizlin yollarla bu siqaretləri ölkəyə daha əvvəl keçirdə bilirdilər.Lakin buna baxmayaraq, "Camel" dünya bazarında öz sözünü deyərək bir brendə çevrilə bildisə, Azərbaycanda bu siqaretlər o qədərdə sevilmədi.



     

    



Xəbərlərə abunə ol