Mobil cihaz rəqabəti

Azərbaycanda marka seçimi


      Samsung və İphone mobil cihazlarının nəhəng rəqabəti bütün dünya miqyasında böyük həvəslə izlənilir. Hər il şirkətlərin yeni çıxmış mobil cihazların parametrləri minlərlə istifadəçi tərəfindən müqayisə olunur, video çarxlara qeyd olunaraq web səhifələrə yüklənilir, müxtəlif yollarnan hər modellər test edilir və s.

     Qeyd edək ki, artıq yeni mobil markalar öz məhsullarını istehsal edib, parametr baxımından bu iki nəhəng markaya özlərin çatdırsalar belə, satış həcmi barəsində yaxın belə dura bilmirlər. Bu iki şirkət bir yerdə bazarın  yarısından çoxunu zəbt edib.

      Bəs Azərbaycan bazarında istifadəçilərin seçimi hansı markadır? Marka seçimində nəyə üstünlük verirlər? ERA Marketinq Mərkəzinin TGI (Target Group Index) layihəsi zamanı insanların mobil cihazlarının hansı markadan istifadə etdiklərini müəyyən edib, sizinlə paylaşmaq istəyirik.

      Beləliklə ERA Marketinq Mərkəzinin TGİ layihəsinə əsaslanaraq, yuxarıdaki cədvəldən məlum olmuşdur ki, respondentlərin 40,4%  Samsung markasından, 37,1% Nokia markası, 14,6% əhali isə İphone markasından istifadə edir. 



     



Xəbərlərə abunə ol