Red Bull

Baha olmasının səbəbi


“Red Bull”-un digər energetik içkilərə nisbətən  “şişirdirilmiş” qiymətə olmasının səbəbi


İki-üç il bundan əvvəl Azərbaycan bazarında energetik içkilər arasında alıcıların seçimi demək olar ki “yox” səviyyəsində idi. Tanınan energetik içki yalnız “Red Bull” olub. Bəzi alıcılar maddi imkanını nəzərə alaraq bunu ala bilmirdi. Səbəb isə bu markanın baha olması idi. Lakin son illərdə energetik içkilər artmaqda davam edir. Yerli istehsal olan içkilər qiymət baxımından yuxarıda göstərdiyimiz markadan 50%-dən ucuzdur. Tərkibi oxşar olan bu içkilərin qiymət fərgi yüksək olması bir çox şəxsdə şübhə yaradır və bu cür sual ortaya çıxır: bizim istehsal keyfiyyətsizdir, yoxsa Red bull “şişirdirilmiş” qiymətə öz məhsulunu satır. Bunu araşdırdığımız zaman, marağlı bir faktla üzləşdik. 

Uzaq keçmişdə "Red Bull" Amerika və Avropa bazarina ilk çixanda, böyük çətinliklərlə üzləşmişdir. Coca-cola, Pepsi, Labatt, Molson kimi nəhəng şirkətlər ilə rəqabət aparmaq yeni yaranan brend üçün çox çətin idi. Ditrix Mateşiçin (Red Bull şirkətinin yaradıcılarından biri) təklifinə əsasən məhsulun qiyməti süni olaraq rəqiblərin qiymətinə nisbətən iki dəfə çox artırmaq idi. Sonra isə məhsulu satış nöqtələrində ona aid olmayan yerlərdə yerləşdirilməsi olur (spirtli içkilər,kolbasa hətta konditer otdelləri) Və son addımı tələbələrə yeşiklərlə pulsuz “red bull” paylayaraq şüuraltı onlara bunun nə qədər lazımlı olduğunu göstədir. Bu kimi addımları ataraq, yeni yaranmış şirkət yaxın zamanda tanınmış bir brendə çevrilir.

ERA Marketinq Mərkəzi TGI (Target Group Index) layihəsi zamanı insanların energetik içkilərin hansına üstünlük verdiklərini və hansı miqdarda istifadə etdiklərini müəyyən edib, sizinlə paylaşmaq istəyirik.

1490 sakin arasında, son 6 ayda yalnız 432 nəfəri energetik içki istifadə edib. İstifadə edənlərin arasında 265 nəfəri kişi, 167 nəfəri isə qadın olub.


İçiblər energetik içki  (6 ay ərzində)

TGİ_2016_1

Kişi

Qadın

%

%

Daimi istifadəci

37,5

27,5

Orta istifadəçi

41,2

37,4

Zəif istifadəçi

21,3

35,1

Ümumi

100 % 

(təqribən 375 000 nəfər)

100 % 

(təqribən 225 000 nəfər)


 

“Daimi istifadəçi” qrupunda bir ay ərzində 10 və daha çox energetik içki istifadə edənlərin, “Orta istifadəçi” qrupuna 4-10 ədəd və “Zəif istifadəçi” aya 3 ədəd və daha az istifadə edənlərin faiz dərəcəsi göstərilib. Ortalama götürəndə bir kişi həftədə 2,1  qadınlar isə 1,4 ədəd energetik içki qəbul edir.

Layihə zamanı içkilər arasında ilk üçlükdə “Red bull” “Hell” və “Jaguar” adli brendlərimiz yer tutur. Siyahıda həmçinin Burn, Trojka, XL, Bizon, Pitbull, Monster və digər içkilər sadalanır.



Xəbərlərə abunə ol